Fiziki və hüquqi şəxslərə
sürətli lizinq təklifləri

  • 20%-dən başlayan ilkin ödəniş
  • 13% Effektiv faiz dərəcəsi
  • Uzunmüddətli
Kalkulyator

Avtomobil Lizinqi

  • 20%-dən başlayan ilkin ödəniş
  • 13% Effektiv faiz dərəcəsi
  • Uzunmüddətli
Kalkulyator

Daşınmaz Əmlak Lizinqi

  • 40%-dən başlayan ilkin ödəniş
  • 13% Effektiv faiz dərəcəsi
  • Uzunmüddətli
Kalkulyator

Avadanlıq Lizinqi

  • 50%-dən başlayan ilkin ödəniş
  • 13% Effektiv faiz dərəcəsi
  • Uzunmüddətli
Kalkulyator

HAQQIMIZDA

Missiyamız

Müştərilərin maliyyə ehtiyaclarını qarşılamağa yönəlmiş innovativ məhsullar təqdim etməklə və yüksək müştəri xidməti göstərməklə uzunmüddətli əməkdaşlığı təmin etmək üçün çalışırıq. Öz fəaliyyətimizdə lizinq sahəsi üzrə qabaqcıl beynəlxalq təcrübəni öyrənərək ölkəmizdə tətbiq edirik. Şirkətimizin bütün səyləri müştərilərlə birlikdə iqtisadiyyatın real sektorunun təmsilçiləri üçün ən əlverişli maliyyə lizinqi məhsullarının və xidmətlərinin hazırlanmasında, sahibkarlara rəqəmsal kanallar vasitəsilə xidmət göstərilməsində, eləcə də Azərbaycan bazarının dayanıqlı inkişafına dəstək verəcək ən yaxşı dünya ölkələri təcrübələrinin tətbiq edilməsində cəmlənmişdir.

Lizinq Fəaliyyəti Haqqında

Lizinq özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksidir. Lizinq, lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq – sənaye avadanlıqlarının, avtomobillərin, bina və tikililərin istifadəsinin xüsusi sahibkarlıq fəaliyyəti formasıdır. Hal-hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas maliyyə mənbəyidir.

Lizinq Haqqında

Lizinqin bir sıra üstün cəhətləri vardır, onlara aşağıdakıları nümunə göstərə bilərik:

- Lizinq obyekti lizinq müddəti ərzində lizinq şirkətinin mülkiyyətində qaldığından girov qoyuluşuna ehtiyac yoxdur.
- Lizinq ödənişləri ƏDV-dən azaddır.
- Əsas vəsaitlərin alınması üçün lizinq ən əsas alternativdir.
- Lizinq əməliyyatı zamanı bütün prosedur əməliyyatlar lizinq şirkəti tərəfindən həyata keçirilir.
- Lizinq müddəti əsasən daha uzun olur.

Lizinq Məhsulları

"Liman Leasing MMC" olaraq missiyasımız müştərilərə geniş çeşidli lizinq məhsulları təklif etməklə şəffaf və optimal şərtlərlə fəaliyyət göstərməkdir.

Avtomobil Lizinqi

Şərtlər

Daşınmaz Əmlak Lizinqi

Şərtlər

Avadanlıq Lizinqi

Şərtlər

KALKULYATOR

Lizinq Kalkulyatoru

Əmlakın tam dəyərini, avansı, müddət və illik faizi qeyd edin və dərhal aylıq məbləğ haqqında məlumat alın. Əlavə olaraq müraciət edib daha ətraflı məlumat ala bilərsiniz.

Online Müraciət
AZN
AZN
AY
%
Aylıq Ödəniş :

67.98

yenilə

FAQ

Tez-tez verilən suallar

Kimlər lizinq alan qismində çıxış edə bilər?
Bütün fərdi sahibkar və hüquqi şəxslər.
VÖEN olmadan lizinq məhsullarından faydalanmaq olarmı?
Vergi məcəlləsinin 140.1-ci maddəsinə əsasən Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış etdiyindən lizinq alarkən eyniləşdirmə nömrəsinin olması mütləqdir.
Avtomobil lizinqi məhsuluna müraciət edərkən ilkin ödəniş nə qədər olmalıdır?
Avtomobil lizinqi məhsulu üzrə ilkin ödəniş avtomobilin bazar dəyərinin 30%-nə qədərdir.
Hansı müddətə qədər lizinq məhsullarından faydalanmaq olar?
Bizim lizinq məhsulları üzrə maksimum müddət 36 aydır.
Avtomobil lizinqi əldə edərkən avtomobilin icbari sığortalanmış olması lazımdır?
İcbari Sığorta haqqında qanuna əsasən avto nəqliyyat vasitələrinin mülki məsuliyyətinin sığortalanması məcburidir.
Lizinq predmetlərinin könüllü sığortalanmaması mümkündür?
Lizinq predmetlərinin mövcud risklərə qarşı könüllü sığortalanması şirkətin Lizinq Siyasətinə əsasən mütləqdir.
Daşınar və ya daşınmaz əmlakın lizinqi zamanı Lizinq alanın dövlət qeydiyyat orqanlarında iştirakı lazımdır?
Dövlət orqanlarında lizinq predmetinin qeydiyyata alınması lizinq şirkətinin nümayəndəsi tərəfindən həyata keçirildiyindən lizinq alanın iştirakə vacib deyil.
Lizinq ödənişləri qrafikindən artıq ödəmələr edildikdə lizinq alanın faiz xərcləri azalır?
Bəli, əsas borc azalan qrafiklə hesablandığından lizinq alan artıq ödəmələr etdikdə faiz xərclərinin azalmasından yararlana bilər.

ƏLAQƏ

Bizə asanlıqla ulaşın!

Bizə Yazın

Ünvan